EY TÜRK OĞLU, TÜRK ƏSGƏRİ
Ey türk oğlu, türk əsgəri,
Qolu güclü, ruhu güclü yurdun əri,
Qardaşına dəyən güllə,
Cilalanıb xain əllə!…
O gecədən doğan ağrı,
Ruhu, canı boğan ağrı,
Səmlarda buludlanıb,
Dəhşətini necə danım?!
Bu ağrına, bu acına dayanmıram,
Bu düşdüyün durumuna inanmıram!
Ətrafında yağıların sipərlənib,
Atatürkə baxan gözün çəpərlənib,
Ankaraya, İstanbula dəyən zərbə,
Çevrilibdi düşmənində ruha, təbə,
Çanaqqala haray salır,
Ürəyimi qüssə alır,
Şəhidlərin qəbirləri sızıldayır,
Başı üstə qardaşının güllələri vızıldayır,
İçimdəki hönkürtülər tapmır aram,
Əzabına dözməyirəm, dayanmıram,
Bu düşdüyün durumuna inanmıram.
Türk əsgəri, səninlə biz əsrlərlə qürur duyduq,
Bu qüruru könlümüzə zəfər saydıq.
Gözümüzün nuru bildik hayqırtını,
Yağılara çevirmə sən gəl sırtını.
Onlar səni parçalayıb didəcəklər,
Yavaş- yavaş qorxaq, tifil edəcəklər.
Ey əfəndim, ey igidim,
Varlığına baş əyməyim, bəs nə edim?!
O gecədən sızıldayır könül yaram,
Əzabına dözməyirəm, dayanmıram,
Bu düşdüyün durumuna inanmıram.
Türk əsgəri, həbislərə düşməməli,
Görüm sınsın, parçalansın xain əli!
Sənin ruhun QURD ruhudu,
Kim söndürüb atəşini, çat ocağı, yandır odu!
Ey Göy Tanrım, ey Allahım,
Parçalayır ürəyimi içdə ahım!
Türk əsgəri tutuqlanıb zindanlarda yatmamalı,
Kürəyinə xain yükün çatmamalı…
O gecədən dünya boyda ahı-zaram,
Əzabına dözməyirəm, dayanmıram,
Bu düşdüyün durumuna inanmıram.
Türk əsgəri,
özün boyda qürurun var axı bizə,
O gecədən ruhumuza dəydi nizə.
Kimdi xain, kimdi satqın bilməyirəm,
Pak adınla mən heç bu fikrə gəlməyirəm.
And verirəm Türk dədənin məzarına,
Sən çevrilmə satqınların azarına.
Qolumuzun quvvətisən,
Könlümüzün ülfətisən,
Sən Bozqurdlar nemətisən.
Kimdi düşmən, kimdi yağı özün ara,
Sağalmazsa millətinə dəyən yara,
Bil, o gündən bu dunyada biz də yoxuq,
Varlığınla bu dünyada hələ çoxuq.
Sənə olan pak sevdamdan usanmıram,
Əzabına dözməyirəm, dayanmıram,
Bu düşdüyün durumuna inanmıram.
Bu düşdüyün durumuna inanmıram.
18.07.2016
Şirinxanım Kərimbəyli ŞADİMAN