Вы просматриваете: Главная > Şeirlər > ÜRƏYİM

ÜRƏYİM

ÜRƏYİM

 

Sən mənə nələr yaşatdın,

İçimdə sevgi oyatdın,

Onu odumda qaynatdın,

Səndən başqa yox heç nəyim,

Ürəyim…

 

Bir sınıq ağac kimiyəm,

Əzabından ac kimiyəm,

Alovundan sac kimiyəm,

Səndən gizli yox diləyim,

Ürəyim…

 

Keçir hər günüm yanmaqla,

Yandın ağrını qanmaqla,

Eşqini belə anmaqla,

Oldun çarəsiz mələyim,

Ürəyim…

 

Gizlətdin içdə yarını,

Ağlatdın can vüqarını,

Hiss edirəm ah-zarını,

Dərdini necə ələyim?

Ürəyim…

 

Bədənə yaşam neməti,

İlahinin eşq hikməti,

Etmə özünə zilləti,

Səni oduma bələyim,

Ürəyim…

 

Şadimanın yox ümidi,

O təkcə sənə dost idi,

Sevgin bir qəfil qəsd idi,

Niyə olmusan kələyim?

Ürəyim…

 

09.06.2016

Şirin Xanım Kərimbəyli Şadiman

 

 

 

 

Şərh üçün bağlıdır.