Вы просматриваете: Главная > Şeirlər > HEÇ KƏS SƏNİ ƏYƏ BİLMƏZ, TÜRKİYƏ

HEÇ KƏS SƏNİ ƏYƏ BİLMƏZ, TÜRKİYƏ

HEÇ KƏS SƏNİ ƏYƏ BİLMƏZ, TÜRKİYƏ

Sən şərəfli bir millətin ölkəsi,
Sən Türklüyün xoş döyünən nəfəsi,
Sən Turanın haqq hayqıran gur səsi,
Şər özünü öyə bilməz, Türkiyə,
Heç kəs səni əyə bilməz Türkiyə!

Şəhidinin al qanıdır Bayrağın,
İgidinə çoxdan bələd torpağın,
Daim hazır silah, sursat, yarağın,
Kimsə məğlub deyə bilməz, Türkiyə,
Heç kəs səni əyə bilməz Türkiyə!

Ey Bozqurdum, Böyük Hunum, Oğuzum,
Könül dadım, ürək odum, ulduzum,
Min illərdi türkü deyir Qopuzum,
Haqqını şər döyə bilməz, Türkiyə,
Heç kəs səni əyə bilməz Türkiyə!

Türkün sözü heç bir zaman boş olmaz,
Düşmənlərin yeri yurdda baş olmaz,
Türk olanın könlü, qəlbi daş olmaz,
Bilməm dünya niyə biməz, Türkiyə?!
Heç kəs səni əyə bilməz Türkiyə!

Sən Sultanlar məkanısan, ey diyar,
Türk atının kişnərtisi can oyar,
Dəmir qollu igidlərin el duyar,
Vətəni yad yiyə bilməz, Türkiyə,
Heç kəs səni əyə bilməz, Türkiyə!

Boylanırsan canımızın içində,
Keçəcəkdir düşmənlərin biçindən,
Qurd ulayır millətinin içində,
Haqqını şər yeyə bilməz, Türkiyə,
Heç kəs səni əyə bilməz, Türkiyə!

Yağıları hıçqırdacaq can ahı,
Hönkürtüylə çağıracaq Allahı,
Əsgərinin atəş saçır silahı,
Xəncər, biçaq, tiyə bilməz,
Heç kəs səni əyə bilməz, Türkiyə!

Qara dəniz hayqırtına oyanır,
Bağrındakı qasırğına boyanır,
Türk qəlbində şanlı adın dayanır,
Ordan onu kimsə silməz, Türkiyə,
Heç kəs səni əyə bilməz, Türkiyə!
Heç kəs səni əyə bilməz, Türkiyə!
20.02.2016
Şirin Xanım Kərimbəyli Şadiman


Şərh üçün bağlıdır.