DÖRDLÜK

Gedirəm bir ömür haqqıma doğru, Dolanır başımda Tanrıma sorğu:- Bu nə hikmətdir ki, qol-qanad verdin, Aclar təmənnada, cib soyur oğru?! 13.10.2025

“HARALISAN?”

"Haralısan?" Bu sualı bir-birindən sora-sora paralandıq, Özümüz də bilmədik ki, özümüzdən mahal-mahal, oba-oba, məhlə-məhlə aralalandıq!.. "Haralısan?" Sualıyla dilimizlə sinəmizdən yaralandıq. Hey kiçildik…

DÖRDLÜK

Mənfiyə köklənib kədər ötürmə, Fərəhli günlərin sayın itirmə. Çətin olur almaq qəmin qabağın, İnamla dostluğu heç vaxt bitirmə!...        …