Şəhidlər adına baş əyirik biz,
İgidlər çökdürdü düşmənləri diz,
Sənin pak eşqinlə vurur qəlbimiz,
Könlümüz içində oduyla bitən,
Mükəmməl Zəfərin mübarək, Vətən.
Səndən od götürdü qazi balalar-
Azğını ayaqlar altda salalar!…
Alındı yağıdan uca qalalar,
Sənə dişi batmaz hər yoldan ötən,
Mükəmməl Zəfərin mübarək, Vətən.
İgidlər şir təki çəkdi nərəni,
Sədası titrətdi dağı, dərəni,
Eşqin birləşdirdi əri, ərəni,
Qarabağa sahib olmadı yetən,
Mükəmməl Zəfərin mübarək, Vətən.
Yurdun öz övladı yurda sarıldı,
Hökmündən düşmənin bağrı yarıldı,
Gözdə qan-yaşımız, eyvah duruldu…
İtgimiz ağrılı, çox ölüb itən…
Mükəmməl Zəfərin mübarək, Vətən.
Oğullar Xankəndi azad eylədi,
Qəsir Şuşamızı abad eylədi,
O küskün ruhları güc şad eylədi,
Bu dünya içində varmı sənə tən?!
Mükəmməl Zəfərin mübarək,Vətən.
Sənin qalibliyin düşmənə zərbə,
YUMRUĞ sözün dedi şimala, qərbə…
Sülh deyilən kəlam bağlıdır hərbə!
Üç rəngli bayraqla sədləri ötən,
Mükəmməl Zəfərin mübarək, Vətən.
Sən qürur mənbəyi, başucalığı,
Oğullar bəxş etdi dürr ucalığı,
Qalmadı düşməni yurdda qalığı…
Oğlun, qızın oldu dadına yetən,
Mükəmməl Zəfərin mübarək, Vətən.
Şadiman eşqinlə səni vəsf edir,
Vətənsiz bilinməz kimsədə qədir,
Sənsiz bu dünyada, ömür-gün nədir?!
Sənsiz sinədə qəlb üzülən kətan…
Mükəmməl Zəfərin mübarək, Vətən.
Mükəmməl Zəfərin mübarək, Vətən.
07.11.2025

