Posted inŞeirlər DÖRDLÜK Günün çırağını söndürən gecə, Zülmətin pərdəsin endirən gecə. Örtüb gizlədirsən çox mətləbləri, Günahdan, səvabdan gen duran gecə!... 08.12.2019
Posted inŞeirlər DÖRDLÜK Gəlirsən ey səhər, müjdələr gətir, İnsan zəkasında yaxşılıq bitir. Qurut gözlərdəki kədər yaşını, Hər ömür bağında səadət bitir!... 08.12.2019
Posted inŞeirlər DÖRDLÜK Günün sehrinə düşsən qəlbi alıb aparar, Gün qəlb sehrinə düşsə içdə tufan qoparar. Süküt burulğanında qapandıqca özünə, Dəli-dolu hisləri ağıl tutub toparar.…
Posted inŞeirlər DÖRDLÜK Sən ey səhərimə yol gedən gecə, Canım sükutuna səcdədə necə? Muncuqtək boynuna dolanıb ulduz, Ay səni işığa tutub sadəcə! 07.12.2019