Posted inŞeirlər DÖRDLÜK Kainat qoruyur suyu, torpağı, Onun canımızdan gəlir sorağı. Şərin dolaşdığı bu yer üzündə, Hər yerdə görünür şeytan barmağı! 06.01.2022
Posted inŞeirlər DÖRDLÜK Yaxşı da, yaman da adamdan keçir, İnsan ürəyindən ömür su içir. Kainatın sirri bağlı sandıqdır, Zaman dayanmadan anları biçir. 04.01.2022
Posted inŞeirlər DÖRDLÜK Yeni il, gəlirsən haqq qapısın aç, Düşmənin bağrında min bir yara aç. Sübhümüz ayılsın xoş xəbərlərə, Günəştək göylərdə, yerlərdə nur saç!!! 31.12.2021
Posted inŞeirlər DEYİM Baş ürəkdən yuxarı, Əl çatmayır Yuxarı. Hamıya bir ömürdür, Heç kəs bilmir axırı!... 17.12.2021