Posted inŞeirlər KİMƏ DEYƏK DƏRDİ BİZ? Ürəklər çəkir sitəm, Dünyanı üzür matəm, Tab tam tükənib daha, Ümid qalıb Allaha, O da bəndədən bezib, Əlini bizdən üzüb. Qırğına alışıb…
Posted inŞeirlər DÖRDLÜK Dünyanı çaşdırır hiylə çoxluğu, Hər an hiss olunur vicdan yoxluğu. Harama uyanlar mənəvi kordur, Hər kəsə yar olmaz nəfsin toxluğu. 14.01.2017
Posted inŞeirlər DÖRDLÜK Kimsə gedə bilməz axına qarşı, Gedərsə sonunda tökər göz yaşı. Həyat hər an başa tumar çəkməyir, Ağılla lazımdır işlətmək başı... 13.01.2017