Posted inŞeirlər DÖRDLÜK Ürək istəyənə əyilir ağıl, Hər dilək adama deyildir noğul. Doğulan həyatla çarpışmadadı, Hər insan taleyi bir ömür nağıl... 29.10.2017
Posted inŞeirlər DÖRDLÜK İnsan çəkə bilmir ağrı yükünü, Axtarır dünənki çevikliyini. Çökdükcə üstünə həyat ağrısı İtirir ömrünə böyüklüyünü... 28.10.2017
Posted inŞeirlər DÖRDLÜK Qulaq cingildəyir, ürək eşidir, Duymaq, hiss eləmək onun işidir. Ruhun qidasını hopdurur cana, Bəzən od qalayır, bəzən üşüdür... 28.10.2017
Posted inŞeirlər DÖRDLÜK Ürəyə düşəndən qopmaq olmayır, Ağrısı dərd verir sapmaq olmayır. Həsrət ürəyinə düşür daş kimi, Heç yerdə rahatlıq tapmaq olmayır... 27.10.2017