Ah, məzhəblər, məzhəblər,
Kimlərinsə beynində-qəlbində coşan təblər.
Bəşəri xəstələndirən zəhərli həblər…
Milyonlar arxanızca getdi,
Qonşu-qonşu ilə, qardaş-qardaşla ixtilaf etdi.
Hamı Allah dedi,
Allah adıyla milyonlarla baş yedi!
Yaradan bu binəsib bəndələri
heç vecinə almadı,
Onların mərtəbəsinə alçalmadı.
Günbəgün artan fitvalara əl çalmadı.
Məzhəb eşqiylə min hoqqadan çıxanlar,
Bir-birinə xor baxanlar,
Allah sevdalı sandılar özlərini,
Dağıtdılar alınlarını, inlətdilər dizlərini.
Bir gün çıxardar
Yaradan ona şər atanların gözlərini…
Kəlisa, Məscid, Sinaqoq Allah qışqırır,
İlahi sevgisiylə bəbəklərində yaş qırır.
Bəs bir-birinə düşmən gözlə baxan bəndələr,
Niyə Allahın yolnunu fitvalara bənd elər.
Bu nə sevgi, bu nə eşq,
Bu nə haqq yolunda məşq?!
İnsanın bir-birini qırmağındanmı keçir
Yaradana sevgi?
Bəndələr əlindən qəm udana sevgi!
Bu sevgi deyil,
Bu şeytana meyil!
Allah evləri qana apardı,
Millətlər içində tufan qopartdı.
***
Ah, məzhəblər, siz nələr etdiz,
İnsanlığı mələr etdiz.
Guya bunula Allaha səcdə etdiz!
Milləti, millətlə,
dövləti dövlətlə,
Vuruşdurduz,
Dinləri fəryad içində yarışdırdız.
Bir göz qırpımında ara qarışdırdız.
Xalq içinə ixtilaf saldız,
Elə zənn etdiz haqq mərtəbəsinə ucaldız,
Axırda özünüz-özünüzlə qaldınız.
Ah, məzhəblər, bu tökülən qanlarla,
Üzülən canlarla,
Allah evindən insanları qaçaq salmayın,
Hər ürəkdə nifrətdən ocaq salmayın.
Yaradan mərtəbəsinə qalxa bilirsiz qalxın,
Oradan bu tökülən qanlara baxın.
Əgər içinizdə tanrı xofu varsa,
Batırmayın dünyanı yasa…
***
Ey insan, əgər Allahı sevirsənsə,
Buna könüldən əminsəsə,
Özünü elmə çevir,
Çünki Allah elmi sevir.
Allah kainatın özü,
Kainat onun deyəcək sözü!
Məzhəb acısından qopaq,
Özümüzü elmdə tapaq.
Odur millətlərin sabahı,
Elmlə sevindirək Allahı,
Silək içimizdən günahı,
İnsanlıq dünyanın sabahı…
***
Ah, məzhəblər, məzhəblər,
Dinlər içində doğulan dəblər.
Öncə dinlər yarandı,
Amacı Tövrat, İncil, Qurandı.
Sevgisi dünyanı yaradan, qurandı.
Bəs bu necə dünya qurmaqdı,
Bu Haqqın belini qırmaqdı.
Tökülən qanlar,
Bədəndən qaçan canlar,
Bu necə İlahiyə sevgi?
Məhv edir bir-birini insanlar…
Dünya qan içində üzür,
Hamı bir-birin kinli-kinli süzür.
Kinlə daşır diləklər,
Artır günbəgün kələklər.
Sinaqoqlar, Məscidlər, Kilsələr,
Mənə nə deyirlər desələr,
Lap istəyir inciyib küsələr,
Cismimi dar ağacından asalar…
Həqiqət budur ki, dinlər çağladır siyasəti,
İnsanlar əllərində alətdi.
Qan-qırğınlardı adəti.
***
Ah, məzhəblər, məzhəblər,
Dinlər içində doğulan acı həblər.
Məramım budur ki,
qoy insan beynində elmlə coşsun təb.
Elmdən başlanır ədəb.
Gəlin qırğınlara son deyək,
Bir-birinə can deyək.
Şirinxanım Kərimbəyli Şadiman