Posted inŞeirlər DÖRDLÜK İnsan vicdanıyla çarpışmadadı, Haqqın dərgahından yapışmadadı. Adını əzrayıl qoyan ölümlə, Doğulan günündən qapışmadadı... 22.06.2024
Posted inŞeirlər DÖRDLÜK Özünü hamıdan sayma yuksəkdə, Bə'zən saxlamayır izi yüksək də. İnsanın bəzəyi ağıldı, ağıl, Odur yaşadacaq bizi ölsək də!... 06.06.2024
Posted inŞeirlər DÖRDLÜK Doğuldun, çəkməli ömür yükünü, Qovmalı başından qorxu-hürkünü. Kimsəyə ümidi bəsləmə, ey kəs, Bu həyat qovğası, yaşam sürgünü! 08.05.2024
Posted inŞeirlər DÖRDLÜK Çəkməyə qadir ol ömür yükünü, Çıxar beyinindən qorxu-hürkünü. İnsan kimliyindən enir aşağa, Özünə güvəni itirən günü. 03.05.2024