Posted inŞeirlər DÖRDLÜK İlahi, hər uşaq dünya mələyi, Axı xəstəliyə dözmür ürəyi. Qıyma heç bir yavru yatağa düşsün, Gözündə qalmasın arzu, diləyi... 18.04.2017
Posted inŞeirlər DÖRDLÜK Bir sakitlik, bir rahatlıq yoxdu dünyada, Doğulandan ölənədək belədir qayda. Didişmədə, döyüşmədə insan deyilən- Haçan anlar qan tökməkdən cana nə fayda?! 18.04.2017
Posted inŞeirlər DÖRDLÜK Əgər ağlın varsa özünü düşün, Başqa adamlarla sənin nə işin? Fikrini, zikrini cəmlə bir yerə, Gör hara aparır səni yerişin?! 17.04.2017