Pulu pulla tutan kişi,
Dünəninə diqqət yetir.
Tanrı görür bu gedişi,
Saray uçur, məzar bitir.
Başa getməz böylə bu hal,
Bir ətrafa nəzəri sal,
Keçmişlərdən ibrəti al,
Əməlinə ölçü götür.
Gəl doğrama kefə soğan,
Göydən enmib səni doğan,
Başına pul-para yağan,
Haram işlər bir gün bitir.
Bax güzgüyə içini gör,
Vicdanında biçini gör,
Bircə dəfə suçunu gör,
Anla boşa deyil sətir.
Pulu pulla tutan kişi,
Uğur sanma pis vərdişi,
Zalım zaman əzir dişi,
Heç bir kəsə qoymur xətir.
Əzəl-axır sonun gələr,
Hay salarsan dilin mələr,
Hər doğulan, bir gün ölər,
Əməlindən hesab götür.
06.05.2017