Apr
25
Fcebook günümüzdü,
Səsimiz, ünümüzdü.
Canı üzən qeybətlər,
yaman-yaxşı söhbətlər…
Kimliyi bəlli edir…
Virtuala gün gedir…
Xəstəsi olan burda,
Ürəyi talan burda.
Ad günü, toy büsatlar.
Dəbdəbəli həyatlar…
Mesaj mesaja bağlı,
Olub həyat nağılı..
Küsən kim, barışan kim,
Lap həddini aşan kim…
Ölüsün ağlayanlar
Ürəyi dağlayanlar.
Reallıqdan qopanlar,
Özün burda tapanlar,
Can deyir, can eşidir,
Bu da Markın işidir!…
25.04.2017
Şirin Xanım Kərimbəyli Şadiman