ŞƏHİDLƏRİN ANIM GÜNÜ

Anım Günü — Azərbaycan Respublikasında 2020-ci il sentyabrın 27-dən noyabrın 10-a qədər davam edən İkinci Qarabağ müharibəsində həyatını itirən şəhidlərin xatirəsinin anılması. Anım Günü müharibənin başlandığı gün sentyabrın 27-də keçirilir. Prezident İlham Əliyevin 2020-ci il dekabrın 2-də imzaladığı “Azərbaycan Respublikasında Anım Gününün təsis edilməsi haqqında” sərəncama əsasən qeyd edilir. Vətən müharibəsində Şəhid olanların xatirəsinə həsr edilmiş xüsusi anım günüdür. Əziz ŞƏHİDLƏR, məqamınız Haqqın dərgahında ən uca yerdədir! Ayaqlar altına düşüb tapdalanmış ləyaqətimizi, mənliyimizi, şərəfimizi zirvələrə qaldırıb bizi müzzəfər xalq kimi dünyaya elan etdiniz! Sizləri dünyaya gətirən, Vətənə sevgi hissi aşılayan Ata və Anaların qarşısında baş əyirik! Sizlərin əzizi xatirəsi bu Vətənə can deyən insanlarımızın qəlbində əbədi yaşayacaqdır! Qazilərimizə, Vətən müharibəsi iştirakçılarına, haqq işimiz uğrunda bir olan, birləşən azərbaycanlarımıza can sağlıqlı ömür diləyirik! Torpaqlarımızın azadlığı uğrunda savaşın ilk günlərindən xalqımız öz liderinin – Prezident, Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx səfərbər oldu. Allah birliyimizi əbədi etsin! 44 günlük Vətən müharibəsi və ya “Dəmir Yumruq” əməliyyatında Haqq işimizin yanında olan Pakistanı, İsraili, digər ölkələri, Türkiyəmizi və Sayın Rəcəb Tayib Ərdoğanı Allah qorusun! Şəhidlər ölməz, Vətən bölünməz!!!