Baş səhifə
 Bədii yaradıcılıq
 Biblioqrafiya
 Kitablar
 Məqalələr
 Şeirlər
 Poemalar
 Dramlar
 Publisistika
 Haqqımdakı kitablar
 Şəkillər
 Qonaq dəftəri
 Əlaqə
   
 

Bağlantılar

 
 

Ziyarətçilər

 
free counters
   
 
   

ROMA PAPASI

Roma Papası ll İohan Pavelə
/Yojef Voytıla/

Ey Roma Papası, müqəddəs ata,
Səndə ilahi bir eşq var həyata.
O xəstə görkəmin necə də üzgün,
Ötüşür ömründə saatlar gərgin.
Ağrılı başınla ayaq üstəsən,
Bütün vücudunla necə xəstəsən.
Fəqət, dolaşırsan bu gen dünyanı,
Salmırsan yatağa ağrılı canı.
Halın yox deməyə bir quruca söz,
O könül ocağın kül içində köz.
Dininə bağlısan bütün canınla,
Bəllisən cahanda o ünvanınla.
Xəstə bədənində ayaqlar tutmur,
Titrəyən əllərin qələmə yatmır.
Ölkədən ölkəyə qonaq gedirsən,
Dünyanın özünü heyran edirsən.
Canında can varkən başçısan hələ,
Qitələr adlarsan belədən-belə,
Ey öz inamıyla Rəbbinə yaxın,
Sinəndə diləklər hey axın-axın.
Gecə də, gündüz də dilin duada,
O Vatikan adlı qədim yuvada.
Tanrı sevdasıyla aşıb-daşırsan,
Müqəddəs Məryəmə sidqlə coşursan.
Mənəvi cəsarət, o həyat eşqi,
Dininə sevdalıq bu büsat eşqi,
Xəstə vücudunla yaşamaq məşqi
Fiziki zəiflik önündə şahdı,
Sənə güc verən də yəqin Allahdı!
Bəzən əl-ayaqlı xəstə adamlar,
Kiçik ağrılarla özünü damlar.
İllərlə yatağa düşüb qalxmazlar,
Ölərlər... həyata eşqlə baxmazlar.
Köksündə nə böyük dəyanət gəzir?
Bütün ağrıları əzabla əzir.
Görkəmin ruh verir hər duyan qəlbə,
Coşur misralarım sığışmır qəlbə.

Ey Roma Papası, müqəddəs ata,
Qoyma iblis haqqı odlara ata...
Dünən qonaq gəldin Azərbaycana,
Gəlişin bir səda saldı hər yana.
Bakıda o hava limanı gərgin,
Səni qarşılayan zamanı gərgin.
Bu gün bir mötəbər saray içində,
Lap titrəyən dilin haray içində.
O uca kürsüdən çıxış edirsən,
Uzaq əsirlərə coşub gedirsən.
Albanya tarixin çözələyirsən,
Köhnə yaramızı təzələyirsən,
Deyirsən burada Albanya vardı,
O vaxt xaç inamı bu yurda yardı.
Qədim dövürləri soraqlar tarix,
Alban əlifbasın varaqlar tarix.
O daş kəlisalar dünənimizdi,
Miladın ilkinə enənimizdi.
Mərd çar Cavanşirin harayı orda,
Qədim Albanyanın sarayı orda.
Sonra islam olub xalqın sabahı,
Quranda arayıb bu yurd Allahı.

Ey Roma Papası, müqəddəs ata,
Demək baş vurursan ən dərin qata.
Sən bizim keçmişi yaxşı bilirsən,
Tarixin çaş görən gözün dəlirsən.
Tuş oldu bu torpaq şər gərdişinə,
Vəhşi ermənilər vurdu dişinə: -
Bizim Məhəmmədə /s/ inamımızı!
Özününki etdi hər damımızı...
Atdı fəlakətə hey hamımızı!
Söndürdü tarixdə yurd şamımızı.
Qanbir qardaşımız, əfsus o zaman,
İsaya inamı qorudu yaman.
Dinbir erməniyə çevirdi üzün,
Erməni eylədi sonralar özün.
İtirdi kimliyin doğma dilini,
Satqın dindaşının tutdu əlini...
Erməni Qafqazda artırdı sayın,
Sonra bu millətin hey qurdu vayın.
Uddu kilsələri xaç məzarları,
Udduqca artırdı ahı-zarları.
Əslində erməni Qafqaza gəlmə,
Buna tarix özü vurubdu ilmə!
Artdı, Azərbaycan dedi mənimdi,
Siz yurdsuz, bu ölkə öz vətənimdi.
Harda xaç gördüsə ordan yapışdı,
Biz susduq, o isə həddini aşdı.
Qanbir ermənidən olmayanları,
Erməni adıyla qalmayanları,
Əfsus ki, erməni oyuncaq edib,
Öz tarix yolunda şər ocaq edib.
Əslinə kökünə xor baxmışları, -
Tutacaq fələyin qanqarğışları!
O xərabə sevən şər bayquşları...

Ey Roma Papası, müqəddəs ata,
Əgər nəzər salsan mənəviyyata,
Alban abidəli xaç məbədləri,
Axtar kimliyini, aç məbədləri.
Aça bilərsənmi? Əsirdi onlar,
Tökülüb içinə, çölünə qanlar.
Qərbi Azərbaycan, gözəl Qarabağ,
Yurdlar oğurlanmış, sinələr dağ-dağ!
Bizə ar gəldi ki, keçmişə varaq,
Düşmənin hiyləgər köksünü yaraq.
Verdik erməniyə tariximizi,
Onunçın İlahi yandırır bizi!
İtdi Albanyanın əlifbası da,
Vətəni bürüdü şər libası da!
Artdı erməninin boş xülyası da,
Quruldu ölkənin onda yası da.
Hər daş yazısını qorusaydıq biz,
Fəryada batmazdı indi qəlbimiz.
İslamı elmlə duysaydıq əgər,
Kilsə ermənin olardı məgər?
Allahı mövhumat odunda yaxdıq.
Ah, öz-özümüzə düşməntək baxdıq.
Çalışdıq qaçmağa keçmişimizdən,
Tanrı da usandı bu işimizdən.
İndi xaç qardaşın bizə xaindir,
Tarixdə hər qarış izə xaindir.
Hey dönük olduqca torpağımıza,
Vallah, ləkə düşdü papağımıza!
Qisas almalıykən azğın yağıdan,
Qurtula bilmədik qəmdən, ağıdan.
İnamım islamsa, vətənim bu yurd,
Qoruya bilməsək basacaqdır qurd!

Yurdumun insanı, düşün bircə an,
Axı, səninkidir bu Azərbaycan!
Qoymayaq bu gözəl məmləkət bata,
Vətən - möhür, imza gözəl həyata.
Saxlaya bilməsək atacaq bizi,
Min illik ölüyə qatacaq bizi!...

Ey Roma Papası, müqəddəs ata,
Qoyma o erməni köksündə yata.
Çəkdin həqiqətin qılıncın qına,
Qol qoydun erməni soyqırımına.
Türkə vəhşi təki baxırsan nədən?
O xaç qardaşındı vəhşilik edən.
Bax odur dağıdan cəlalımızı,
Artıran anban məlalımızı.
Tanrı birliyinə inamın varsa,
İlahi sevdası könlünə yarsa,
İslama kəc baxma Allah eşqinə,
Dünyanı nur edən sabah eşqinə.
Azğın qəsbkarla qurma ittifaq,
Cahanı dağıdar hər böylə nifaq!...
Məndə bir sevgi var bütün dinlərə,
Rəbbi yad eləyən o ayinlərə.
Allahın kəlamı eşqlə öyülür,
Quranda ayədə belə deyilir: -
Müxtəlif dinləri yaratdım ki, Mən,
Bəşərin könlünə eşq qatdım ki, Mən,
Onlar bir-biriylə girsin yarışa,
Xeyirxah əməllər hey aşıb-daşa.
Düşmən olmasınlar biri-birinə,
Səcdə eyləsinlər haqqın sirrinə.
Şah təki baxmasın din-dinə heç vaxt,
Yaradan ucada, Yaradanın TAXT!
Ey Roma Papası, Müqəddəs ata,
Qoyma ki, inamın iblisi tuta,
Bəşər varlığıyçın söyləyək, Amin!
Dünyanı gülüstan eyləyək, Amin!

23-24.05.2002.

Yuxarı
© Tanınmış şairə Şirin xanım Kərimbəyli Şadiman. Bütün hüquqlar qorunur.2011.