Baş səhifə
 Bədii yaradıcılıq
 Biblioqrafiya
 Kitablar
 Məqalələr
 Şeirlər
 Poemalar
 Dramlar
 Publisistika
 Haqqımdakı kitablar
 Şəkillər
 Qonaq dəftəri
 Əlaqə
   
 

Bağlantılar

 
 

Ziyarətçilər

 
free counters
   
 
   

BİBLİOQRAFİYA

İlk dəfə “Mənə elə gəlir ki...” adlı şeiri 1978-ci ildə universitet qəzetində çap olunub. 1991-ci ildə “Urək niyə ağrıyırsan?” adlı ilk şeirlər toplusu “Azərnəşir”də işıq üzü görüb. 1992-ci ildə Türkiyədə silsilə şeirləri “Çağdaş Azərbaycan şeiri Antalogiyası” kitabında çap olunub.1999-cu
ildə 400 səhifəlik “Çəkənə qəm dünya, çəkməyənə dəm dünya”, 2002-ci ildə 565 səhifəlik “Kiminə acı dünya, kiminin tacı dünya”, 2007-ci ildə 742 səhifəlik “Ağıla bəhər dünya, ürəyə qəhər dünya” adlı iri həcimli kitabları çapdan çıxıb. 2008-ci ildə 292 səhifəlik müəllifin “Seçmələr” toplusu işıq üzü görüb. Bu kitabda yer alan şeirlər və poema şairənin çapdan çıxmış kitablarından araya-ərsəyə gəlmişdir. Və yenə də həmin il Şirin xanım Şadimanın ədəbi publisist ovqatlı “Məni illərdən soruşun” kitabı çapdan çıxıb. Ədəbi-bədii orqan olan “Kredo” qəzetinin baş redaktoru şair-ədəbi tənqidçi-publisist Əli Rza Xələflinin 2009-cu ildə çapdan çıxmış “Adı Şadiman olanın” publisist kitabı Şirin xanım Kərimbəyli Şadimanın həyat və yaradıcılından bəhs edir. Həmən il şairənin “Ürək niyə ağrıyırsan?” və “Çəkənə qəm dünya, çəkməyənə dəm dünya” kitabları “Dünya mənə tanış gəlir” adı altında təkrar nəşr olunub. 2010-cu ildə 54 səhifəlik “Tagayim” poeması çapdan çıxıb. 2010-cu ildə Əli Rza Xələflinin şairənin “Burdan bir atlı keçdi” poemasına həsr etdiyi “Axtala əfsanəsi” və Nəzirməmməd Zöhrablının (Quluyevin) Şirin xanım Kərimbəyli Şadimanın çox şaxəli yaradıcılığından bəhs edən “Üç rəngli bayrağa bürünmüş şairə” publisist kitabları çapdan çıxıb. Şairə Azərbaycan Yazıçılar birliyinin (AYB) üzvüdür. Hal-hazırda ədəbi-bədii orqan olan “Kredo” qəzetinin əməkdaşıdır. Bir çox diplom və mükafatlara layiq görülüb.

Yuxarı
© Tanınmış şairə Şirin xanım Kərimbəyli Şadiman. Bütün hüquqlar qorunur.2011.