Baş səhifə
 Bədii yaradıcılıq
 Biblioqrafiya
 Kitablar
 Məqalələr
 Şeirlər
 Poemalar
 Dramlar
 Publisistika
 Haqqımdakı kitablar
 Şəkillər
 Qonaq dəftəri
 Əlaqə
   
 

Bağlantılar

 
 

Ziyarətçilər

 
free counters
   
 
   

HƏYATI

Şirinxanım Ağabala qızı Kərimbəyli (ədəbi təxəllücü ŞADİMAN)

2 sentyabr 1955-ci ildə Siyəzən (keçmiş Dəvəçi, indiki Şabran) bölgəsinin Tağay kəndində anadan olub. Doğulduğu kənddə səkkizillik məktəbi, sonra Siyəzən şəhər 2N-li orta məktəbi bitirib. 1973/75-ci illərdə Yenikənd üzümçülük sovxozunda fəhlə işləyib.1975\77-ci illərdə Volodarski adına tikiş fabrikində tikişçi işləyib. 1977-ci ildə ADU-nun (indiki BDU) hazirliq şöbəsində dinləyici, 1978\83-cü illərdə Kitabxanaçılıq (indiki İnformatika) fakültəsinin əyani şöbəsini bitirib. 1992-ci ildə Azərbaycan Jurnalist Sənətkarlığı İnstitutunun məzunu olub. 1984-cü ildə Dəvəçi rayonunun (indiki Şabran) hal-hazırda Siyəzən rayonun inbizati ərazisi sayılan Gilgilçay qəsəbəsində kitabxana müdiri vəzifəsində çalışıb. 1985\2007-ci illərdə ADNŞ-nin Mədəngeofizika idarəsinin “Neft Daşları” geofizika ekspedisyasında cizgiçi, texnik, mühəndis peşəsində çalışıb. 2007-ci ildən həmin idarədən əmək təqüdünə çıxıb. Əmək fəaliyyəti ilə bərabər bədii yaradıcılığını davam etdirib. Dövrü mətbuatın mətbu orqanları olan “Neft Daşları”, ”Ədalət”, “Çənlibel”, “Azərbaycan müəllimi”, “Bütöv Azərbaycan”, “Kredo” , “Mütərcim”, ”Məhsəti” və sair qəzet-jurnalında çap olunub. “Məcməüş-şüəra” (“Şairlər məclisi”), “Füzuli” ədəbi məclislərinin üzvü olub.Televiziyada və radioda bir çox verlişlərin iştirakçısı olub. Hazırda ədəbi fəaliyyətlə məşğuldur.

***

Şairin, daha doğrusu sənətkarın, bədii obrazlarla düşünən müəllifin yaradıcılığı üçün birinci növbədə onun mənəvi aləmini
təmin edən hava lazımdır. Bu hava nədir? Bu hava zənnimizcə, birinci növbədə mühitdir. Ən müxtəlif tərəflərdən gətirdiyi sevinclərlə,bəxş etdiyi kədərlərlə, fərəh anları və əzablarıyla şairin mənəvi dünyasında təlatümlər yaratmasıdır. Əgər mühit şairin mənəvi aləmində bu təlatümləri yaratmırsa, əksinə, bir süstlük gətirirsə, bir sözlə mühit şair üçün laqeyddirsə, şairin də yaradıcılıq aləmində ətrafa bir biganəlik yaranacaqdır. Bu, elə bir psixoloji prosesdir ki, insanı mənəvi ölümə sürükləyir.
İnsanın mənəvi ölümə sürüklənməsi əlbəttə, böyük faciədir. Bu insan şairdirsə, sənətkardırsa, bu, cəmiyyət üçün daha ağır faciədir, ikiqat faciədir.
Süstlüyün sənətkarı mənəvi ölümə sürükləməsi, həm də cəmüyyətin özünün bəlasıdır. Cəmiyyət özü yaratdığı bəlanın ağrısını özü çəkməli olur. Belə hallar ən müxtəlif səbəblərdən, o cümlədən cəmiyyətdəki siyasi proseslərdən də aslıdır. Bir sözlə havasızlıq şair üçün böyük bəladır. Amma daha güclü, daha iradəli sənətkarlar var ki, bəzən bütöv axına qarşı dura bilir. Hətta öz faciələri ilə cəmiyyəti qıcıqlandırır, cəmiyyətin diqqətini özünə çəkir, cəmiyyətə anlada bilir ki, mənəvi mühitdəki havasızlıq onun özünü köklü bir ağac kimi quruda bilər.
Ona görə də şair həm də cəmiyyətin mənəvi mühiti üçün hava təminatçısıdır. Nə qədər özü bu havadan asılı olsa da...
Şirin xanım Kərimbəyli Şadiman da mənəvi mühütdəki havasızlıqdan əzab çəkən, kifayət qədər zəngin yaradıcılıq yolu keçmiş və bu gün də istər bədii, istər ədəbi-publisistik qeydlərində kifayət qədər döyüşkən ruhunu qoruyub-saxlamış istedadlı müəllifdir. Söz bu gün də onun üçün mübarizə meydanıdır. Şirin xanım Şadiman yaradıcılıgında bir əsas xətt var. Bu xəttin bir neçə kəlmə ilə ifadəsi bundan ibarətdir: Cəmiyyətin gələcəyi saf ürəklərdən süzülən sözdən keçir.

Əli Rza XƏLƏFLİ “Adı Şadiman olanın...” kitabından (2009)

Yuxarı
© Tanınmış şairə Şirin xanım Kərimbəyli Şadiman. Bütün hüquqlar qorunur.2011.