Baş səhifə
 Bədii yaradıcılıq
 Biblioqrafiya
 Kitablar
 Məqalələr
 Şeirlər
 Poemalar
 Dramlar
 Publisistika
 Haqqımdakı kitablar
 Şəkillər
 Qonaq dəftəri
 Əlaqə
   
 

Bağlantılar

 
 

Ziyarətçilər

 
free counters
   
 
   

 

AMERKA PREZDENTİ CORC BUŞ
CƏNABLARINA MƏKTUB

“Hökmdarlar bir ölkəyə girən zaman onu xarabazara çevirərlər”
Quran, 27-ci surə, 34-cü ayə

İraq xalqının başına bomba tökmək üçün
ABŞ prezdenti Corc Buş Səddam Hüseyinə
48 saat vaxt verib...

Cənab Buş, dünyaya məsləhət yetər,
Bir gün tökdüyün qan sinəndə bitər.
Sən ey iraq xalqın aha batıran,
Dollarla dünyanın haqqın yatıran.
Könlündə Allahın rəhmi yox imiş,
Gözündə insanlıq fəhmi yox imiş.
Şərəmi köklənib bədəndə ruhun?
Gəl ərşə qaldırma cahanın ahın.
Orda körpələrin xoş nəfəsi var,
Orda anaların fəğan səsi var!
Bəsdir bu dünyaya ağıl verdiyin,
Tarixə çox qanlı nağıl verdiyin.
Xalqları min yerə parçaladığın,
Fikri, düşüncəni haçaladığın.
Allahı, İslamı şərləmək yetər,
Artıq bu fitvalar, qırğınlar bitər.
Tək Səddam deyil ki, dünyada bəşər,
İçində fitvalar hardan yerləşər?
Neyləyibdi sənə islam adamı?
Bəsdir ürəklərdə ağlatdın kamı.
Dünyada qadasız ötüşməyirsən,
Niyə bir yol haqqa yetişməyirsən?
Atan da qırğından alırdı vüsət,
Qan tökmək ona da olmuşdu sənət.
Sən fitva verdikcə terror da artır,
Dinlər bir-birini ölümə atır.
Yaradan deyilsən can aldırasan,
Aləmi məhşərə hey saldırasan.
İçində vicdanı atdın qəfəsə,
Girdin şeytan ilə bir elə bəhsə.
Batırma İraqın harayın belə,
Uçurma insanlıq sarayın belə.
Qıyma könül açan o gülzarlığa,
Çevirmə bu yurdu sən məzarlığa.
Dağıtma evlərdə odu, ocağı,
Qanlarda üzməsin ana qucağı.
Sənin öz ölkən var, yurdun-yuvan var,
Şeytana, iblisə neçə duan var?
Amerka xalqına bəla gətirmə,
Onların özünü aha yetirmə.
Hər atdığın bomba, bir təzə terror,
Qanları çıxarır bil üzə teror.
Səndə heç adəmin həyası yoxdur,
Xəmrində bəşərin mayası yoxdur!
Dünyanı çalxatma qan dənizində,
Əbədi deyilik bu yer üzündə!
Bəşər tarixinə savaşla düşmə,
Harda sərvət gördün ora ilişmə.
Qanlı müharibə könlünə qida,
Sənə eşqmi verir bu, cəng, bu cida?
Hamımız cahanda bəşər övladı,
Qoyma qalxsın ərşə onun fəryadı.
Göydə buludlardan qan-yaş tökülür,
Dərddən bu dünyanın beli bükülür.
Bomban körpələrin düşər başına,
İblis çevrilməsin can sirdaşına.
Analar gözündə təlaşa bax bir,
Hamımız adəmik qanı, canıbir.
Nə kürdə qardaşsan, nə türkə qardaş,
İblisdən yaranıb işlətdiyin baş.
Salma bu cahanı əzaba, zora,
Günəşin istisi bişirər qora...
Bəsdir qəpik-quruş etdin xalqları,
Murdar dollarınla ötdün xalqları.
Dünyanı qırğına çəkmə amandı,
Allahın məhşəri sonda yamandı!..
Düşməsin qanlara dini-imanın,
Yel kəsər kələyin gələn dumanın.
Haqq-hesab çəkirsən əgər Səddamla,
Hünərin çatırsa tut onu damla.
Ona da hünərin çatsa bir zaman,
Yaddan yad ölkəyə yetişməz iman!...
Orda qadın, uşaq, qoca, xəstə var,
Hər tökülən qanlar sənə olmur ar.
Sən höküm etdikcə beyinlər qızır,
Bu axan qanları çiyninə yazır.
Ocağın çevirmə göyə İrağın,
Hərdən bir ölkədən gəlir sorağın.
Bəsdir plan cızıb yol göstərdiyin,
Xoşun gəlməyənə kol göstərdiyin.
Sənin silahın var, onun cihadı,
Könlünü əsdirir o İslam adı.
Cənab Buş, bir düşün bunun sabahın,
Haqqı çəkiləcək hər bir günahın.
Rəhm eylə amerka xalqına, ey şah,
Dünyada özünü sanırsan Allah.
Allah ayağına gələndə başın,
Dəryanı boğacaq acı göz yaşın.
Bəşəri qanlara çəkirsən özün,
İblis fitvasıyla yağlanıb gözün.
İçində şeytanın qapısın bağla,
Ağla, sabahının gününə ağla.
Orda axan qanlar mənim də qanım,
O xalqla bir yerdə döyünür canım.
İraqın köksünə dəyən bir bıçaq,
Mənim ürəyimdə açacaq ocaq...
Sən ey bu dünyanı xətaya salan,
Nəfəsin, həvəsin, istəyin yalan.
Gətirmə ölümü, qanı Bağdada,
Hər atdığın addım ölüm, qan-qada.
Ey ağlı, kamalı, düşünсəsı dar,
Səndən Amerkaya olmaz hökümdar!
Terrorla suçladın bütün bəşəri,
Sənsən bu dünyada yaradan şəri.
Ədalətsizlikdən doğubdu terror,
Dünyanın nəşəsin boğubdu terror.
Güclüyə çatmasa gücsüzün gücü,
Olur intiqamçın terror ülgücü!..
Güclüdən də güclü Allahımız var,
Allahdan asılı sabahımız var.
Odur hər bir işi yoluna qoyan,
Mənəmmənəmliyə, fitnəyə uyan,
Onun qarşısında diz çökər bir gün,
Açılar dünyanın köksündən düyün...
***
Ey müsəlman əhli, haqqını anla,
Sənin kimliyini yudular qanla.
Dünən Əfqanıstan, bu günsə İraq,
Düşdün bir-birinin qəmindən iraq.
Ərəb, türk, balkanlar, çeçen, azəri,
Niyə kənarlaşıb haqqın nəzəri
İslam ellərinə tökülən qandan?!
Niyə qılınclanır İslam hər yandan?
Müsəman tuş gəlir qanlı savaşa,
Dünyanın ürəyi dönübmü daşa?
Hamımız cahanda bəşər övladı,
Hamımıza bəlli adəmin adı.
Dinlərlə bölənlər məmləkətləri,
Artırır günbəgün fəlakətləri.
Buş bugün İraqı boğazdan asır,
Ərəb ölkələri dilini qısır.
Tökür şər Amerka qardaş qanını,
Ərəblər qoriyur şirin canını...
Artırır qisaçın şiddəti terror,
Qeyrətli qəlblərdə hiddəti terror.
Amerika suçlayır bütün dünyanı,
Özü tökə-tökə dünyada qanı...
***
Cənab Buş, nigaran yurdunu düşün,
Qan tökməyə gedən ordunu düşün.
Əgər belə çəksən cahanın dərdin,
Çəkib qurtarmazsan bu qanın dərdin.
Bax hara gedəcək sonu bu işin?
Sənin də əzilər bir gün fil dişin...
Gətirmə İraqa ölmü, qadanı,
Yad et kainatı və Yaradanı.
Gözünü tutmasın varın, sərvətin,
Gözünə kül atma sən həqiqətin.
Terrordan qurtulmaq istəyən, ey kəs,
Savaşın ayağın bu dünyadan kəs!
Axmasın cahanın gözündən yaşı,
Cənab Buş, ətəkdən gəl tök sən daşı.
Hamımız yer əhli – Kitabımız var,
Ulu Yaradana hesabmız var.
Dünyanı çevirmə bir Ərasətə,
Son qoy biabirçı bu siyasətə!
Cənab Buş, ətəkdən tökməsən daşı,
Yanar yer üzünün torpağı, daşı.
Daşdırma Allahın böyük səbrini,
Dünyanın qazıma belə qəbrini.
Sülhün carçısıdır ərəb səlamı,
Hamıya öyüddür o pak kəlamı.
İncil, Tövrat, Zənbur, Quran eşqinə,
Dünyanı yaradan, quran eşqinə,
Axıtma cahanın gözündən yaşı,
Cənab Buş, ətəkdən gəl tök sən daşı...

18.03.2003

Yuxarı
© Tanınmış şairə Şirin xanım Kərimbəyli Şadiman. Bütün hüquqlar qorunur.2011.