Вы просматриваете: Главная > Məqalələr > BÖLGƏLƏRDƏN GƏLƏN SƏSLƏR

BÖLGƏLƏRDƏN GƏLƏN SƏSLƏR

BÖLGƏLƏDƏN GƏLƏN SƏSƏLƏR

(SİYƏZƏN RAYONUNDAN GƏLƏN TAĞAY HARAYI)

Bu yaxınlarda anama baş çəkmək üçün doğulduğum yurda getdim. Bu yurdun adı Tağaydır. O, Azərbaycanın şimal bölgələrindən biri olan, Bakının 105 km-də yerləşən Siyəzən rayonun ərazəsinə aiddir və birbaşa onun tabeçiliyindədir. Mən Siyəzən rayonun Tağay kəndində dünyaya göz açmışam. Məqsədim doğulduğum ocaqla sizitanış etmək deyil. Çünki bir çoxları yaxşı bələddir, Siyəzən-Quba zonasının Qalaaltısı, Nabranı, Qəçreşi və bir çox buna bənzər gözəl guşələrinə…
Mən paytaxtın el arasında « Şamaxinka» adlandırıldığı yerdən avtobusa əyləşib Siyəzənə üz tutdum. Adətən Bakıdan ora uzaqbaşı saatyarım vaxt qət edərdim. Amma bu dəfə belə olmadı. Çünki şimal yolu mənə nəhəng bir tikinti obyektini xatırlatdı. Nəhayət maşın ləngiyə-ləngiyə getsə də beş saata Siyəzənə çatdım. Ömrümdə bu qədər çətin və uzun yol getməmişdim. Ancaq bütün bu çətinliyə baxmayaraq düşünəndə ki, yaxın zamanlarda şimal yolu ilə maşınlar rahat gedib-gələcəklər adamı qürur hissi bürüyür. Çünki sovet zamanı da istəyirdilər şimal yolun təzədən çəksinlər, amma iş yarımçıq qaldı və bu bizim müstəqilliyimizə nail olduğumuz zamana düşdü. Müvəqqəti çətinlik olsa da bütün bunlar ürək açan və könlü riqqətə gətirən məsələlərdir.
Nə isə mətləbdən uzaqlaşmayım. Siyəzənə çatan kimi bir taksi tutub Tağay kəndinə yollandım. Bu kənd Siyəzənin 7 km-də yerləşir. Kəndimizə yol Yenikənddən və Gilhinçay kəndindən keçir. Bir tərəfi dağlarla, bir tərəfi dənizlə ahatələnmiş kəndimizin çox gözəl havası, içildikcə doyulmayan şollar suyu və ara-sıra sönsə də işığı var. Buranın insanları əsasən əkinçilik, heyvandarlıq və tərvəzçiliklə məşğuldur. Az bir qismi isə kənarda işləyir. Suyunu içməklə, havasını udmaqla doymadığım Tağayın şərait baxımdan bəxti heç vaxt gətirməyib. Şimal dəmir yol stansiyasının 3 km-də yerləşən bu kənd həmişə gözdən-könüldən uzaqda kimi görünüb rayon rəhbərlərininə. Bilmirəm, bunun təqsiri orda yaşayan insanlarda və ya ona ögey baxan əlaqədar təşkilatlardadır? Paytaxtın 115 km-də yerləşən bu kəndin işığı da 1968-ci ildə çəkilmişdi. Şollar suyu isə çox sonralar çəkilib. Halbuki kəndin 3-4 km də həmişə su, işıq və qaz olub. Sovet dönəminin 80-cı illərində, nəhayət bu kəndə qaz xətti çəkildi, caamatın yanacaq problemi həll olundu. Elə bil günəş doğdu bu kənddin bəxtinə. Ancaq bu da uzun çəkmədi. Sovet höküməti süquta uğrayanda ölkəmzin bir çox bölgə mərkəzləri və kəndləri kimi Tağayın da qazı kəsildi. Bizim kənd dənizkənarı zolaqda yerləşdiyi üçün burda meşələr də yoxdur. Caamat əvvələr burda təzəkdən, odundan, tapılanda kömürdən istifadə edirdi. Onu da deyim ki, Abşeronun yaxınlığında yerləşməsinə baxmayaraq buranın qışı da sərtdir. Yayı isə sərindir, caamat yayda da orda yorğanla yatarlar. Sovet hökümətinin ilk dövürlərində dənizə yaxın sahədə ata-babaların saldığı qədim üzüm bağları da məhv edilib və yerində süni meşə massivi salanmışdı. Hətta ora meşəbəyi də təyin olunmuşdu. Lakin kəndə qazın verilməsi dayandırılan kimi, sovet dağılan vaxt caamat birinci soyuqdan ölməməkçin bu meşəyə üz tutdu. Bu minvalla ağaclar qırılıb məhv edildi, sonra isə həyətyanı bağlar da bu qırılmaya məruz qaldı. Şükür Allaha ki, ölkəmizdə bu çətinliklər aradan qaxmağa başlayıb. Azərbaycanın ən ucqar bölgələrinə belə qaz verilişi vüsət alıb. Sağ olsun ölkəmizin başçısını və bu işlə əlaqəli təşkilatları. Amma bu vüsətdən təəssüf ki, bizim kəndimiz kənarda qalıb. Bakıya yaxın olan Siyəzən özü neft istehsal edən rayondur. Tağayın 3 km-də yerləşən Yenikənd, Gilhinçay, Həmyə və sair kənddlər qazla təchiz olunub. Ancaq Tağayda isə caamat qaz problemi ilə üz-üzə qalıb. Məni təəccübləndirən odur ki, bu işlə birbaşa əlaqədar olan təşkilatlar və səlahiyyətli orqanlar bu məsələylə heç maraqlanmırlar və ya maraqlanmaq istəmirlər. Kəndlə bağlı olan bələdiyyə və icra orqanları bu məsələnin üstündən sükütla keçirlər. Halbuki kənddə qaz xətti var bu qaz xətlərini təmir edib caamatı qazla təchiz etmək elə də çətin iş deyil. Mən caamatdan soruşanda dedilər ki, əksinə qaz xətlərini kəsib aparırlar. Bu məsələ öz həllini tapsa, qırılıb çatılmış meşəmiz yenidən dirçələr, caamatımızın isə təmiz havalı, saf sulu, göy Xəzərli Tağayımızla ülfəti və bağlılığı birə on artar. İnsanları kəndlərdən qaçırıb rayon mərkəzlərinə və paytaxta dolduran nədir? Şəraitsizlik, laqeydlik bəzi yerli icra orqanlarının və bələdiyyələrin kəndlərə ögey münasibəti.
İnanıram ki, məqalə qəzetdə dərc olunan kimi Siyəzən rayonun adiyyəti orqanları bu məsələnin tezliklə həllinin icrasına öz səlahiyyətləri çərçivəsində rəvac verəcəklər. Qarşıdan prezdent seçkiləri gəlir, qoy sadə Tağay caamatı da bu seçkilərə üşüyə-üşüyə yox, isti ürəklə getsin!

07.09.2008/ Pirallahı