Вы просматриваете: Главная > Şeirlər > EY BİR DƏLİ SEVDA DÜNYA

EY BİR DƏLİ SEVDA DÜNYA

EY BİR DƏLİ SEVDA DÜNYA

Nələr gəldi bu başıma?
Nələr etdim fəda dünya?
Gah döndün can sirdaşıma,
Gah könlümdə nida dünya.

Ağladanda güldürmədin,
Heç eşqini bildirmədin,
Ağrı verdin, öldürmədin,
Sandın mənə qida dünya.

Hara gedir bu cığır, yol?
Ürəyimdə alovun bol,
Boyunundan asılıb qol,
Qoyma qıra əda dünya.

Əzəlin heç, sonun puçdu,
Ağlım səvab, hissim suçdu,
Günlər əldən quştək uçdu,
Doğdu min bir səda dünya.

Hesab etdin qəlbdə kamla,
Səadətin damla-damla,
Nə oynadın hər adamla
Etdin cana vida dünya?

Doğulanlar vuruldular,
Yollarında yoruldular,
Torpağına soruldular,
Heç bitmədi cida dünya.

Şadimana sən baxmadın,
Can evinə buraxmadın,
Nədən dildən düşmür adın?
Ey bir dəli sevda dünya.
22.07.2009