Вы просматриваете: Главная > Şeirlər > GETMİSƏN MƏNDƏN

GETMİSƏN MƏNDƏN

GETMİSƏN  MƏNDƏN

 

Yaman üz çevirib getmisən məndən,

Duyğumu sərgərdan etmisən məndən.

Mən ki, heç əlimi üzmədim səndən,

Bir dönüb gələydin aha, ruhdaşım.

Hardasan? Gəlmirsən daha, ruhdaşım.

 

Günlərim axarın dəyişir, sənsiz,
Ürəyim həsrətlə döyüşür, sənsiz,

Qəlbimin içinə qəm düşür, sənsiz,

Ağrın istəyindən baha, ruhdaşım.

Hardasan? Gəlmirsən daha, ruhdaşım.

 

Mən könül içində məzar qazmışam,

Məzara yetməkçin yolda azmışam,

Götür baş daşımın üstə gətir şam,

Salma istəyimi gaha, ruhdaşım,

Hardasan? Gəlmirsən daha, ruhdaşım.

 

Məni xəyallara möhtac eyləmə,

Qəlbimi həsrətə baş tac eyləmə,

Hissimi duyğuya lap ac eyləmə,

Mən səni bilmişəm düha, ruhdaşım,

Hardasan? Gəlmirsən daha, ruhdaşım.

 

Şadiman qəflətdə naçar olubdu,

Bu acı möhnətə düçar olubdu,

Dərdin qəlb qapıma açar olubdu,

Sən mənə canımdan baha, ruhdaşım,

Hardasan? Gəlmirsən daha, ruhdaşım.

Hardasan? Gəlmirsən daha, ruhdaşım.

07.07.2015

Şirin Xanım Kərimbəyli Şadiman