Вы просматриваете: Главная > Şeirlər > YAMAN ÜRƏYİMƏ DÜŞMÜSƏN

YAMAN ÜRƏYİMƏ DÜŞMÜSƏN

YAMAN ÜRƏYİMƏ DÜŞMÜSƏN

Yaman ürəyimə düşmüsən, yaman,
Bu hissi ağlımdan çıxartmaq olmur.
Sənə istəklərim elə güclüdür,
Heç cürə qəlbimdən qopartmaq olmur.

Xəyalın yuxumdan ayıldır məni,
Uçan diləklərə sığalın çəkir.
Sənsizlik öldürür, bayıldır məni,
Məni bu sevdaya nağılın çəkir.

Gah qapımdan girir, gah pəncərəmdən,
Həsrətin evimdə qonağa dönüb.
Özüm də usanıb, bezdim bu dəmdən,
Həyat mənim üçün sınağa dönüb.

Əgər inanmırsan dərdli halıma,
Qoşul durnalara gəl bizə sarı.
Bir dünya toy tutub qəm vüsalıma,
Ərit ürəyimdən buz tutmuş qarı.
15.01.2015

Şirin Xanım Kərimbəyli Şadiman

Bir cavab yazın