Вы просматриваете: Главная > Şeirlər > NADANIN…

NADANIN…

NADANIN

Göz yaşını selə, suya döndərər,
Neçə ulus ocağını söndürər,
Diri qəlbi cisimində öldürər,
Hər əməli, işi zordu nadanın,
Gözlərində ziya kordu nadanın.

Kürsülərdə iyrənc adı hallanar,
Onun, bunun qoltuğunda dallanar,
Cibə girər, əyri yolla yallanar,
Hər əməli üzə xoşdu nadanın,
Məclislərdə sözü tuşdu nadanın.

Parçalayar ürəkləri güllətək,
Hər addımı haqqa dəyər şillətək,
Hər qaradan sivişər min dillə tək,
Çox hiyləsi mərdi yordu nadanın,
Əməlləri – qanlı ordu nadanın.

Bir kəs varmı hiyləsindən ziyada?
Tüstüsündən kor olubdu ziya da,
Bir kimsəna tapılmaz bu həyada…
Zəhərlidi sözü-sovu nadanın,
Ağıllı baş, bə‘zən ovu nadanın.

Şirin xanım, həyat acı yuxudu,
Xəyanəti balalayan – qorxudu,
Qəlbi didən şərin acı oxudu,
Hər addımı min bir zülüm nadanın,
Qərarları haqqa ölüm nadanın.
21.06.1992

Bir cavab yazın