KULİS AZ-sayıtına DİQQƏT

Dünəndən sizə sorğu yollamışam, sorğuma cavab ala bilmirəm,
bəzi sayt əməkdaşları məsuliyyətsiz davaranışları ilə adamlara
yuxardan aşağı baxan bəzi kürsü sahiblərindən də öndədirlər!

Novruz bayramı (Ramiz Rövşən)
Bu gün Novruz bayramı,
Gəlib yurda, yuvaya.
Gülür şadlanır hamı,
Şam atılır havaya.
Gur tonqallar qalanır,
Uşaqlar dövrə vurur.
Göydə tüstü bulanır,
Burum-burum tor qurur.
Əllərdə papaq, torba,
Körpələr qaçışırlar.
Şadlıq edir el, oba,
Ürəklər uçuşurlar.
Novruz bayramı gəlir,
Küsüşənlər barışır.
Hər qəlbi sevda dəlir,
Könül canla yarışır.
Uşaqların sevinci,
Aşıb-daşır sel kimi.
Hər birisi dürr, inci,
Qaçışırlar yel kimi.
Bitməsin bu toy, büsat,
Yurdu alsın ağzına.
Qaynasın, daşsın həyat,
Çıxaq ömrün yazına.
Salam, bu şeirin müəllifi mənəm, Şİrinxanım Kərimbəyli ŞADİMAN , başqasının haqqına niyə girirsiz? Siz Ramiz Rövşənin adıyla baxış sayı qazanmaq istəyirsizsə onun öz şeirini götürün! Müəllif hüquqları haqqında qaydalardan bəlkə xəbəriniz yoxdur? Yanlışlıqa yol vermisiz, ya müəllifin adını düzgün yazın, ya da şeiri silin saytınızdan.
NOVRUZ BAYRAMI
Bu gün Novruz bayramı,
Gəlib yurda, yuvaya.
Gülür şadlanır hamı,
Şam atılır havaya.
Gur tonqallar qalanır,
Uşaqlar dövrə vurur.
Göydə tüstü bulanır,
Burum-burum tor qurur.
Əllərdə papaq, torba,
Körpələr qaçışırlar.
Şadlıq edir el, oba,
Ürəklər uçuşurlar.
Novruz bayramı gəlir,
Küsüşənlər barışır.
Hər qəlbi sevda dəlir,
Könül canla yarışır.
Uşaqların sevinci,
Aşıb-daşır sel kimi.
Hər birisi dür, inci,
Qaçışrlar yel kimi.
Bitməsin bu toy, büsat,
Yurdu alsın ağzına.
Qaynasın, daşsın həyat,
Çıxaq ömrün yazına.
15. 02. 2005 Şirinxanım Kərimbəyli
Şəxsi saytlarım: shirinxanim-shadiman.net
shirinxanimshadiman.az
1. Şeir “Ağıla bəhər dünya, ürəyə qəhər dünya” (şeirlər, poema). Bakı 2007, “Nurlan” nəşriyyatı, 742 səh. sayı 500. kitabında çap olunub.
2. Şeir Uşaq Bilik Portalında və bir çox portallarda yayınlanıb
3. əgər sizə çətindirsə mən size Ramiz Rövşənin şeiri ilə tanış edim, buyurun…
Müəllif: Ramiz Rövşən
Novruz gəlib, yaz gəlib
Novruz gəlib, yaz gəlib,
Bir əlində saz gəlib.
Bir əlində xonçası,
Açıb gülün qönçəsi.
Bülbülə avaz gəlib.
Novruz gəlib, yaz gəlib.
Bülbülə avaz gəlib.
Novruz gəlib,yaz gəlib.
Kosa, sən də gəlsənə,
Gəlib salam versənə.
O torbanı ver görək,
Yumurtalar rəngbərəng.
Hər biri can dərmanı,
Ver dolduraq torbanı.
Hər biri can dərmanı,
Ver dolduraq torbanı.
Novruza bax, yaza bax,
O əriyən buza bax.
Sellər axır şırhaşır,
Çöllər olub yamyaşıl.
Ot bitir,yemlik bitir,
Keçəl başa tük bitir
Ot bitir, yemlik bitir,
Keçəl başa tük bitir
Keçəl başın yağlasın,
Dəsmal verək bağlasın.
Məclis qurub oynasın,
Çırtdıq vuraq oynasın,
Əl çalaq alqışlayaq,
Bu məclisi başlayaq.
Əl çalaq alqışlayaq,
Bu məclisi başlayaq.
Və diqqətli olun, başqalarının haqqına girməyin…
28.03.2026
Ərz etdi: Şirinxanım Kərimbəyli Şadiman