Hər şey daşdan başlayır,
İnsanlar bir-birini uf demədən daşlayır.
Acısına sevinir,
Sevincinə qəm yeyir…
Anlamır ki, bu insan özü-öz için yeyir,
Özünü haqlı sayır.
Nəfisinə qul olur,
Haqsızlığa yol olur
yığdığından doymayır.
Qeybətlə vaxt ötürür,
Kimliyini itirir,
Varlığını bitirir.
Daş atıb başın tutur,
Ömrünün qışın tutur.
Ömrü kino lentitək keçir gözü önündən,
Günahdan qaçmaq üçün
saray yapır dinindən!
Artır illüziyaları günü-gündən çoxalır,
Bu əzablı həyata dözmüb ürək yuxalır.
Hər şey daşdan başlayır,
İnsanlar idrakını daşa etdi ərmağan,
Daşı daşa sürtərək odu əldə elədi,
Od içində ruhunu milyon kərə yellədi.
Doğulub yaşamaqçın oda etdi sitayiş,
Tanrının yanında da qəbul oldu anlayış.
Sevdi yaratdığını,
Dünyaya atdığını.
İnsansa Yaradana guya səcdə elədi,
Özünü İlahiyə böyük müjdə elədi.
Hərdən öz böyklüyün Tanrıdan da ön saydı,
Bütün etdikləri üçün idrakını yön saydı.
Qızışdı qan-qadalar savaşın sayı artdı.
Yeri cəhənnəm etdi, özünsə ora atdı.
Yaradanın sevgisin belə qazandı insan,
Öz canını unudub bədəni etdi ehsan.
12.03.2025