SÖZ DEMƏYƏ

Elə ki, ağzı açıb başlayırsan söz deməyə,
Çalışırlar sözüvü bərk boğalar, dil deməyə.

Deyirsən ki, bu mənim öz fikirim, sənə nə var,
Vicdanın varsa əgər, qiyməti ver düz əməyə.

Toplumun hikkəsi çox, hərə cumur tez üstüvə,
Çalışırlar sözüvə min cürə fərman verməyə.

Hər kəs öz arşınıyla ölçmədədi dünyanı,
Dilə sahib çıxanı tez də salırlar dəməyə.

İtirib bir çoxları insan olmağın dadını,
Başı çox işlətməyir, dişi işlədir yeməyə.

Bu bəni-adəm ki var, nə etsəndə faydası yox,
Hamıda suç axtarar, başlar özünü sevməyə.

Şadimanin sözünə dəstək olan varsa əgər,
Haqqına əl uzadib, haqqını hər an yeməyə.
25.08.2025 Qusar