Demə ki, çarəsizəm, dərdin içində dərd gəzir,
Dərdimə müddətdi ki, mən vermişəm canı nəzir.
Aqili-adəm bilir dərddür həyatın güzgüsü,
Ta ki, dünya var olub, hər kəs dəyasında üzür.
Kim ki, öz varlığını endirib qəm əyağına,
İstəmib heç bir zaman dünya o kəslərdən üzür.
Doğulan yaşamağın yolunu tapıbsa əgər,
Düşə izinə qaya onu yumruğuyla əzir.
Şadimana deməyin sözünün heç kəsəri yox,
Hər sözü daş əridir, anlamayan dodaq büzür.
12.06.2025
Şirinxanım Kərimbəyli Şadiman