Вы просматриваете: Главная > Məqalələr > BEYİNLƏRİ YUYULMUŞLAR

BEYİNLƏRİ YUYULMUŞLAR

Əqli, şüuru, düşüncəsi yerində olan doğulduğu Vətənə, dövlətə sevgi hissi ilə yaşamalıdır. Öz yurd-yuvasından ayrı düşən insan hansı yad qoltuğa sığınırsa sığınsın, onun içində daima bir niskil olacaq, bu Vətən niskilidir. O elə bir sevgidir, heç bir şeylə, heç bir hisslə əvəzolunmazdır.

Elmdən, bilikdən, təhsil aldığı məktəbdən öz həyatına, həyata baxışına heç nə qazanmayanlar Allah adı altında meydan sulayan hansısa kənar ölkələrin din dəllalarına beyət edir, hansı ki,  bu din dəllaları 30 il ölkəmizə, xalqımıza dəhşət yaşadan erməni faşiziminə dəstək verib, düşmənlərimizlə bir yerdə işğal altında olan yurdlarımızda quldurluqla, talançılıqla məşğul olublar. İslamı əlində bayraq edib, Quranı qazanc mənbəyinə çevirənlər, nə İslama, nə Qurana inanmırlar və onların islam dininə aidiyyəti yoxdur. Sadəcə bu onların gəlir mənbəyi,  bir ömür firanvanlıq üçün yaşam tərzidir.

Halbuki İslam sülh dini, bir-birinə dəstək dinidir! Bəs dini parçalayıb təriqətlərə ayıranlar,

məscidlərdə terror törədənlər, müsəlman qanı axıdanlar, terrorçu qruplaşmalar yaradanlar hansı vicdanın, hansı inancın peşindədirlər görəsən? Öz din qardaşına yox, 30 il xalqımızın qanına susayan quldur tayfaya dəstək verən əlinə Quran alıb bu beyni yuyulmuşlara hansı vicdanla mözə edir, fitnə, hiylə dolu kitablar yayır? Bu zehniyyət quldurları minlərlə, milyonlarla insanı bədbəxt edir, uçruma yuvarlayır, onları elmdən, təhsildən uzaq salır, öz boş mözələrinin əsiri edir.

Bəlanın ən ağrılı yeri burasındadır ki, bizim beyni yuyulmuşlar da he, olmasa öz ölkəmizdəki şeyx nəsrullahlara yox, qonşu ölkənin şeyx nəsrullahlarına inanıb nökərçilik edirlər. Doğulduğu Vətənə, onun suyuna, çörəyinə xain çıxırlar.

Məscidlərin, dini ocaqların yox, məktəblərin sayını artırmaq lazım, təhsil almaq istəyən bilikli, imkansız tələbələri dövlət öz hesabına oxutdurmalıdır. Din adı altında başqa ölkələrin din başçılarını özlərinə imam, ağa hesab edən adamların sayı ölkədə çoxalır, onlar artıq öz fiziki doğmalarından uzaqlaşır, Vətəni, bayrağı, himni özünki saymır. Bu gələcəkdə nə kimi fəlakətlərə gətirib çıxardacağını hər bir ağılı başında olan adam hiss edir. Allaha, Tanrıya sevgi insanın içində olmalı, bu sevgi Vətəndən və onun duzundan, çörəyindən bəhrələndiyin, doğma saydığın Məmləkətdən başlayır!

Cəhalətə bulananlar donuz quyruğunda gizlənənlərə dəstək verirlər. Azərbaycan adlı Vətənin havası, suyu, çörəyi haram olsun sizlərə!!! Vətəndə yaşayıb vətənə yadlaşan ünsürlər bəzən öz ailələrinə, ata-analarına arxa çevirir, saxta din dəllallarının əlaltıları olurlar. Allaha, Tanrıya sevgi hansısa imama, şeyxə yox  Allahın özünə olmalıdır! Allaha sevgi insanın qəlbində olmalıdır, dilində yox!

Şəhid məzarlarına boyanıb yurdlarımız, qeyrətli Oğullar öncə Vətən deyib savaşa atıldılar və düşmənlə haqq savaşımızdan qalib çıxdılar!

Nə yazıq ki, qalibiyyət İslam pərdəsinə bürünüb öz murdar əməlləriylə suyu bulandıranları çox narahat edir. Vətənin varlığını unudanlar, öz kimliyini unudanlardır! Şeyx nəsrallahların  boş mözələri ilə beyinləri suvaşmış bu bədbəxtlər haqqın, Allahın yolundan sapmışlardır! Vətəni sevmək imandandır deyib aqillərimiz, aqil sözü əlbəttə ki, doğrudur!

İran adlı dövlətin fitvasına uyanlar, orda 40 milyon Azərbaycan türkü yaşayır, ana dili  qadağan olunmuş 40 milyon xalq! Min il bu ölkənin başınada türklər durmuş və bu ölkəni bu günlərə gətirib çıxarmış türklər! Onlar öz kimliyin yaxşı bilir və bizləri sevir, Güneyli-Qüzeyli bir xalqıq, bizi bir-birindən heç kim ayıra bilməz, heç bir fitnə-fəsad bu xalqı bir-biriylə savaşa qaldıra bilməz, qoy mollalar ağıllarını başlarına yığsınlar, məscidlərimizdə donuz saxlamış erməni quldurlarıyla yox, bizi ilə iltifata gəlsinlər.  Allah gec edir, güc edir deyirlər, Allahdan qorxun, onun fırtınası yaman olur, başınızda çatlayacaq gündən çəkinin. Bizim heç bir dövlətin torpağında gözümüz yox, İran mollalarına deyəcəyimiz odur ki, haqqı nahaqqın ayağına verməsinlər…..

Vətənin varlığını bizə düşmən dövlətlərin alətinə çevirənlərə də sözümüz var: Ar olsun sizlərə! Dinimiz, Dilimiz, Varlığımız AZƏRBAYCANDIR! O, damarda qandır, bədəndə candır! Bunu anlamayanlara lənət olsun!

 

13.10.2021

Şirinxanım Kərimbəyli ŞADİMAN