Вы просматриваете: Главная > Şeirlər > ATMARAM YERƏ

ATMARAM YERƏ

ATMARAM YERƏ

Səni ürəyimdə atmaram yerə,
Ürəkdə nə qədər ağrım olsa da.
Etiraf edirəm bunu min kərə,
Həyatım dərd ilə tənha qalsa da.

Gözümdə gülüşün çırağa dönüb,
Hicran küləklərin qovur qapımdan.
Çəkdiyim əzablar ayağa yenib,
Tökülən göz yaşın sovur qapımdan.

Sən gəl acıları sorma könüldən,
Onlar gəldiyitək çıxıb gedəcək.
Canımın ağrısın arama dildən,
O da sözlərimə baxıb gedəcək.

Elə taxt qurmusan ürək içində,
Sultanlıq edirsən duyğularıma.
Birləşib həsrəti dələk içində,
Eşqin yollar açsın sayğılarıma.
06.03.2013

Bir cavab yazın