Вы просматриваете: Главная > Şeirlər > ZƏFƏRMİZƏ ŞÜBHƏ ETMƏ

ZƏFƏRMİZƏ ŞÜBHƏ ETMƏ

 

Zəfərmizə şübhə etmə,

İçdə, çöldə olan düşmən.

Dilindəki sözlər boşdur,

Nə deyirsən yalan düşmən.

 

Ordumuz haqq davasında,

Əyilməzlik havasında,

Gəzmə özgə yuvasında,

Gəzdin oldun talan düşmən.

 

Bu torpağa sən gəlmə-yad,

Çıxarmısan yalançı ad,

Yurdlarımız olub azad,

Yolun üstə dalan düşmən.

 

Heç vaxt olmub yurdun-yuvan,

Başdan getmir hiylə havan,

Əsgərimiz tutdu divan,

Ayaq altda qalan düşmən.

 

Qazi-Şəhid uğurudu,

Haqqın yolu doğurudu,

Sənin adın oğurudu,

Olacaqsan nalan düşmən.

 

Zəfərimiz səs dünyaya,

Qalib olduq düşdün vaya,

Hər işğalçı qəsd dünyaya,

Leş-leş oldu balan düşmən.

 

06.12.2020

 

Şərh üçün bağlıdır.