Gün ömrü daşıyır,
Can içində yaşıyır…
Həyat acılarından
Bizlə birgə üşüyür…
10.08.2019
Dil qılınctək kəsər də,
Vaxt olar ki, küsər də.
Alar ağıldan dərsi,
Boy göstərər əsərdə…
21.08.2019
Ov-yev, bizi ovlamısan,
Dilə tutub tovlamısan,
Yox edib kimliyimizi,
Dərəyə yuvarlamısan…
29.08.2019
Ümid özünə bağlı,
Ürək közünə bağlı.
Nə olur olsun, amma,
Ömür yormasın ağlı…
29.08.2019