İNSAFI YOXMU

İNSAFI YOXMU

Qəlbə acı çəkdirənin,
Bir azca insafı yoxmu?
Bu dünya batıb günaha,
Heç içində safı yoxmu?

Dörd yanımda nalə, şivən,
Kimə üz tut, kimə güvən,
Ürək tutan, könül sevən,
Əqldən sərrafı yoxmu?

Cilidlənib xeyirlə şər,
Fitnələrə uyub bəşər,
Göylər uçub yerə düşər,
Haqq arayan sufi yoxmu?

Bu dünya üzü acıdır,
Təmizlik tək əlacıdır,
Şadimanın ruh tacıdır,
Can gizlənən rəfi yoxmu?
05.01.2013

Comments

No comments yet. Why don’t you start the discussion?

Bir cavab yazın