Вы просматриваете: Главная > Şeirlər > ÇƏRŞƏNBƏ

ÇƏRŞƏNBƏ

 

Əcəb edib qapımızda durmusan,

Xoş gəlmisən bizim elə, çərşənbə.

Tonqal çatıb toy-büsatı qurmusan,

Heyran oldum özüm elə, çərşənbə.

 

Odun düşüb ürəyimə yenə də,

Bilmirsənmi nə alov var sinə də?!

Odum çatar tonqal çatma, sənə də,

Ocağına közüm ələ, çərşənbə.

 

Qış köçünü yığışdırıb getmədə,

Yaz ürəyə eşqini ərz etmədə,

Göy üzünə al günəşi yetmədə,

Aldın yenə könlü ələ, çərşənbə.

 

Uşqalığım film təki dövür etdi,

O bəxtiyar çağlarımla qövür etdi,

Qış da bizlə bir fəsil də ömür etdi,

Gedən gedir, düşməz ələ, çərşənbə.

 

Tonqalların ərşi-kürşü ram edir,

Uşaqlar da ətrafında kam edir,

Ürəklərə fərəhlərin dam edir,

Dərd-bəlamız getsin belə, çərşənbə…

 

Qədəmlərin qutlu olsun yazbaşı,

Əsrlərdən əsrlərə od daşı,

Alovunla isit yenə dağ-daşı,

Ürəklərə atəş bələ, çərşənbə.

 

Şadimanı heyran etdin oduna,

Tonqalların şölələnir adına,

Gələn yaz da düşsəm əgər yadına,

Dön gəl bizə gülə-gülə, çərşənbə.

05.03.2019