Вы просматриваете: Главная > Şeirlər > DÖRDLÜKLƏR

DÖRDLÜKLƏR

Sözü min yol ölç-biç dildən çıxmamış,
Böhtansa, ud onu, evlər yıxmamış.
Dişinin altında cilala min yol,
Hələ ki, ağzından söz buraxmamış.
08.12.2018

Sayı artmadadı ev yıxanların,
İblisi könlünə buraxanların.
Etdiyi özünə qayıdar gec-tez,
Əzrayıl donunda can yaxanların…
08.12.2018

Şərh üçün bağlıdır.