Вы просматриваете: Главная > Şeirlər > BU QƏRBƏ BƏRƏKALLAH

BU QƏRBƏ BƏRƏKALLAH

Kömpüterin əsiri,

Robotların qəsiri,

Sanki yoxdu kəsiri,

Röyadı, Allah, Allah,

Bu Qərbə bərəkallah.

 

Ürəyi qışın buzu,

Ölkələr əldə quzu.

Nə parlaqdı ulduzu?

Qan tökür saymır günah,

Bu Qərbə bərəkallah.

 

Yalnız dildə birləşir,

Getdikcə sehirləşir,

Be-em-te-si sirləşir,

ATƏT-lə mehirləşir,

Savaş doğur hər sabah,

Bu Qərbə bərəkallah.

 

Ürəyi robot olub,

Min bir yerdən çat olub,

Hiyləsi min qat olub,

Dünya batabat olub,

Nə vecinə nalə, ah,

Bu Qərbə bərəkallah.

 

Cahan qeylüqallaşır,

Ağalar cığallaşır,

Bəzi xalqlar ballaşır,

Yardımları yallaşır…

Ətəklərdən sallaşır,

Aclar sanır qibləgah,

Bu Qərbə bərəkallah.

 

Şeri də robotlaşır,

Seyri də robotlaşır,

Xeyri də robotlaşır,

Dünya necə qatlaşır?

Öz-özünə yadlaşır,

Sözləri çalır gah-gah,

Bu Qərbə bərəkallah.

 

Fırladır Yer kürrəsin,

Göstərir fıl nərəsin,

Təyyarəsin, bərəsin

Robot edib maşallah,

Bu Qərbə bərəkallah.

 

Ağa olub hamma,

Çəkir haqqı kamına,

Çıxır göyün damına,

Daş atır adamına,

Salır mərəkə vallah,

Bu Qərbə bərəkallah.

 

Aləmi qarışdırır,

Hamının vuruşdurur,

Dinləri yarışdırır,

Dolları sırışdırır,

Olub dünyada Allah,

Bu Qərbə bərəkallah.

 

Svilizasiya deyərək,

Özünü hey öyərək,

Tərəzini əyərək,

Başımıza döyərək,

Əzir hamın inşallah,

Bu Qərbə bərəkallah.

 

Yad planetdən gəlib,

Ayrı heyətdən gəlib,

Hansı qüdrətdən gəlib?

Baş açmaq olmur billah,

Bu Qərbə bərəkallah.

Bu Qərbə bərəkallah.

 

Şirinxanım Kərimbəyli ŞADİMAN