Вы просматриваете: Главная > Şeirlər > YAMAN-YAXŞI SINANAR

YAMAN-YAXŞI SINANAR

YAMAN-YAXŞI SINANAR

Yaxşı gündə dostlar gəlib cəm olar,
Ürəyindən dərdin, qəmin kəm olar,
Kef damağın başdan-başa dəm olar,
Düşünərsən səndən xoşbəxt yoxdu heç,
Oğulsansa, bu illərdən qəmsiz keç.

Başın üstün qəfildən dərd alanda,
Ömrə neçə ələm kölgə salanda,
Pünhan-pünhan mərəz qəlbə dolanda,
De sailəm, yıxılmışam, gəl ey dost,
Yataqdayam, indi söylə mənə tost.

Yaxşı günüm onsuz mənə yaxşıdır,
Dost-tanışın yığın-yığın axşıdır,
Əsl kəsin yaman günə baxşıdır…
Onda bil ki, adamın var, elin var,
Bülbül kimi ötən tuti dilin var.

Eniş-yoxuş olmayan bir yol varmı?
Gücdən düşməz söylə bir əl, qol varmı?
Dost-düşmənsiz heç sağ varmı, sol varmı?
Çətin gündə yaman-yaxşı sınanar,
Şüurunda çox mətləblər qınanar.

Ələm səni girdabına salanda,
Bağrın-başın xəstəliklər alanda,
Tənhalıqdan qəfil gözün dolanda,
Onda gör ki, gəlib-gedən varmı heç?
Qohum, yadı onda yoxla, onda seç.

Şirin Xanım Kərimbəyli Şadiman

Şərh üçün bağlıdır.