DÖRDLÜK

Yaxşılığı bacarmırsan, pisliyi də eləmə, Bədənini hiylə dolu çirkablara bələmə. Nə qədər ki, günahları yığacaqsan üst-üstə, Çevriləcək xəstəliyə, kimsədən dad diləmə!... 04.01.2019

DÖRDLÜK

Fəsillər çəkdikcə dünya yükünü, Soyunub geyinir yer öz kürkünü. Təbiət həyata elə vurğundu, İçində saxlamır qəzəbi, kini... 02.01.2019

YENİ İL DUASI

Əziz Həmvətənlər, Həmrəylik günümüz və Yeni ilimiz mübarək olsun!   YENİ İL DUASI   Ey canın işığı, ey Yaradanım, Vaxtın təkərini fırladır…