DÖRDLÜK

Fəsillər çəkdikcə dünya yükünü, Soyunub geyinir yer öz kürkünü. Təbiət həyata elə vurğundu, İçində saxlamır qəzəbi, kini... 02.01.2019

YENİ İL DUASI

Əziz Həmvətənlər, Həmrəylik günümüz və Yeni ilimiz mübarək olsun!   YENİ İL DUASI   Ey canın işığı, ey Yaradanım, Vaxtın təkərini fırladır…

DÖRDLÜK

Ürək gedən yerə ağıl getməyir. Özünü ürəyə təslim etməyir. Daim çarpışmada bir-biri ilə, Bir ömür davadı, savaş bitməyir... 30.12.2018

DÖRDLÜK

İynə ucu boyda ümid bəs edir, İnsan arzusunun dalınca gedir... Ümid qırıqlığı gücü tükədir, İstəyi zirvədən yerə endirir... 29.12.2018