DEYƏN OLMADI

  Hamı güzəranın söylədi o gün, Kimliyin necə faş eylədi o gün, Özləri bilmədi neylədi o gün, Vətən, niyə sənin yiyən olmadı?!…

DÖRDLÜK

Günlər ömrümüzün yarpaq tökümü, Yazdan müjdə veirir qışın çökümü. Hər kəs özü bilir nə etdiyini, Ama vaxt əlində  yaşam hökümü... 03.03.2019

DÖRDLÜK

Doyulmur həyatın sevgisi heç vaxt, Dəryadır içində ləngər vurur baxt. Ömürtək keçici onun peymanı, Qanadı üstündə uçub gedir vaxt... 28.02 2019

DÖRDLÜK

Həyatın acısın çəkmək olmayır, İçdən ağrıları tökmək olmayır, Əlimizdə deyil ömür bağçası, Bir ömür fərəhi əkmək olmayır... 28.02.2019