Posted inŞeirlər DÖRDLÜK Gecənin sükutu gündüzə təşnə, Çəkir aləmlərin sirrin dişinə. Zaman ötüb keçir nəfəs dərmədən, Sanki heyran olub öz yerişinə... 04.12.2019
Posted inŞeirlər DÖRDLÜK İnsana Allahtək eyləyən səcdə, Gələr etdiyindən günbəgün vəcdə. Etdiyi səcdəyə alüdə olar, Zənn edər bu ona İlahi müjdə! 29.11.2019
Posted inŞeirlər DÖRDLÜK Həyatın bəzəyi insandır, insan, Gerizehinliyə olmayaq ehsan. Boğmasın heç kimi dünyada heç vaxt, Buludtək gözlərdən tökülən leysan!.... 27.11.2019