DÖRDLÜK

Eyləmə, ey ürək, ağrıya maraq, Ağrı verməz sənə uğurdan soraq. Gəl çəkək bir yerdə ömür yükünü, Xətanı yendirək, xeyrə baş vuraq. 07.06.2020

DÖRDLÜK

Bəzən ümidlər də sönür şam təki, Bürünür zülmətə bir axşam təki. Tələsik keçəndə eniş, yoxuşu, Düşür parça-parça olur cam təki. 05.06.2020

DÖRDLÜK

Ömür bulaq təki qaynayıb axır, İnsan ötən günün dalınca baxır. Ötən gün xatirə, gələn gün sınaq, İkisi də ürəkdə izin buraxır... 31.05.2020