DÖRDLÜK

Başa düşməlidir insan insanı, Onda xoş keçəcək ömrün hər anı. Su təki axıtma verilən vaxtı, Boşuna uçurma bədəndən canı. 21.03.2016

DAĞLAR…

DAĞLAR Ətəkləri əlvan-əlvan, Başı ərşə duran dağlar. Yamyaşıldı könül yuvan, Zirvədə toy quran dağlar. Qayaları kəklik, turac, Səyyadına heç verməz bac, O…

DÖRDLÜK

Ruha qida verir yazın gəlişi, Bağçaya, çəmənə qonub gülüşü. Gah külək, gah yağış cövlan eyləyir, Əqli başdan alır nazlı yerişi... 19.03.2016

DÖRDLÜK…

Beyindən aşağı ürək yerləşir, Düşüncə bolluğu qəlblə birləşir. Vicdanın varlığın hiss eləyəndə, Qoparır bədəndə can haray-həşir. 18.03.2016