DÖRDLÜK

Həyatın ağrısın çəkənlər yazıq, Onu ürəyinə bükənlər yazıq.. Insan köklənibdi mənfi, müsbətə, Mənfini qəlblərə tökənlər yazıq! 12.12.2024

DÖRDLÜK

İnsan tapdalananda artmaz yurdun bəhəri, Çoxalar, o ölkənin günbəgündən qəhəri. Bunu dərk etməyənlər itirər kimliyini, Yüklənər boğazına haqsızlığın zəhəri! 26.11.2024

DÖRDLÜK

Yaltaqlar, yalaqlar dolub ölkəyə,İmkansız möhtacdı, bəlkə-bəlkəyə.Çoxu itiribdi insanlığını,Azğınlar səbəbdi, hər mərəkəyə!..22.11.2024