YENİ İL GƏLİRSƏN…

Yeni il gəlirsən səadət gətir,

Fərəhdən, sevincdən gözdə yaş olsun.

İnsanın ağlını xeyirə yetir,

İnsan bir-biriylə qoy sirdaş olsun.

Açılsın səhərlər şad xəbərlərə,

Evlərin qapısın bərəkət döysün.

Versin bəxtəvərlik dad xəbərlərə,

Hər evdə uşaqlar xoşbəxt böyüsün.

İtir bu dünyadan azğın savaşı,

Həyat gözəlləşsin firavanlıqla.

Analar tökməsin gözündən yaşı,

Ömür çiçəkləsin mehribanlıqla.

Şərə meydan verən adam qalmasın,

Hamının süfrəsi nemətlə dolsun.

Heç kimin qəlbini kədər almasın,

Dünya başdan-başa bəxtiyar olsun.

Yeni il, bizim də üzümüz gülsün,

Qoru bəlalardan Vətənimizi!

Üzlərdən, gözlərdən şadlıq tökülsün,

Ağır sınaqlara tuş etmə bizi…

Yeni il, Şadiman uğruna möhtac,

Gəlişin şad etsin Azərbaycanı!…

Onun sevgisidir könlümüzdə tac,

Qoru canımıza müqəddəs canı.

31.12.2024