DÖRDLÜK

Dəyərini endirəndən uzaq dur,Çünki ömrə bəxş etdiyi sazaqdır.Hər bir şeydə üstün sayan özünü,Öz-özünə doğulandan düzaqdır. 22.01.2025

ŞƏHİDLƏR XİYABANI

Əsarətinə üsyan dünyanın qəm adası, Nakam olmuş canların şəhid ruhlar odası, Zəncirləri qırılmış Vətənin qan-qadası, Şəhidlər Xiyabanı! Gözü yaşlı analar saçın yolur…

DÖRDLÜK

Şəhərin gəlişi zülməti boğur, İnsanın içinə xoş ümid doğur. İlahi ədalət səpə nurunu, Döyə qapıları haqq dolu uğur... 11.01.2025

DORDLÜK

Zalım zamanənin üzü dönükdü,Başın işlətməyən dünyaya yükdü.Bilməyir bir andan sonranı insan,Hər ömür can üstə qırılan tükdü... 09.01.2025