Posted inŞeirlər DÖRDLÜK Çəkməyə qadir ol ömür yükünü, Çıxar beyinindən qorxu-hürkünü. İnsan kimliyindən enir aşağa, Özünə güvəni itirən günü. 03.05.2024
Posted inŞeirlər DÖRDLÜK Həyat sınağımız, ömür keçəri, Salma acıları candan içəri. Dünyanın ətəyin tutmaq olmayır, O da bizim kimi bir gün köçəri... 30.04.2024
Posted inŞeirlər DÖRDLÜK Sabahın işığı gözlərə nurdu, İnsanı yaşadan yalnız qürurdu. Qürurun enməyə qoymayanların, Kimliyi zirvədə əbədi durdu!... 19.04.2024
Posted inŞeirlər EY İRAN Ey, İran, haqqımızı tapdalayıb küfür edirsən, Bizə arxa çevirib düşmənə tərəf gedirsən. Nədir dərdin de bilək, əhli-vətən çəkir zülüm? Sənə İslam deməyə…