NOVRUZDA

NOVRUZDA Yanar el-obada bayram şamları, Gülər qız-gəlinin üzü Novruzda. Qumaşa bürünər el axşamları, Keçməz tonqalların gözü Novruzda. Al-əlvan geyinər gəlinlər, qızlar, Göydə…

DÖRDLÜK

Türkiyə, ruhumun Ata ocağı, Açma namərdlərə isti qucağı. Sənin torpağını qana salanın, Ölüm olacaqdır dayanacağı... 14.03.2016

DÖRDLÜK

İlahi, qəlblərə xöş məram gətir, İnsan ağılında mərhəmət bitir. Dünya göz yaşından qurtulmayırsa, Qopar bədənimdən ruhumu götür. 13.03.2016

DÖRDLÜK

Ömürdən asılıb həyat yarlığı, Çəkdirir insana könül darlığı. Qohumlar nə qədər doğma olsa da, İnsana həyandır dostun varlığı. 12.03.2016