Вы просматриваете: Главная > Şeirlər > ŞAİRİN HƏYATI ONSUZ DA ZİNDANDIR

ŞAİRİN HƏYATI ONSUZ DA ZİNDANDIR

ŞAİRİN HƏYATI ONSUZ DA ZİNDANDIR
Saday Şəkərliyə

Şarin həyatı onsuz da zindandır,
Hönkür-hönkür ağlayan candır.
İçdə bulud təki çarpışan həyəcandır..
Dünya ağrıları qəlbinə sığmaz,
Bəxtinə günəş doğmaz.
Bütün əzablar bağrından keçər,
Hər gün min dəfə qanını içər.
Şairə məhkümluq həyatı qıyanlar,
Alışan bağrını dərdlə oyanlar,
Şairin zindanı ürəyidir,
Sevgisi ilham mələyidir.
Şairin harayı misrası,
Olmayın şair qələminə asi.
Şair zindana düşsə
zindan zindanlıqdan çıxar,
harayı aləmi yıxar.
Şair ürəyinin ağrısı yuxusuz gecələrə çıraq,
Bütün ağrı-acılardan verər soraq.
Onun ilhamını hürkütməyə çalışmayın,
Buludlartək hönkürtməyə çalışmayın.
Dünyanın dərdlərini deyənləri,
Öz içlərini yeyənləri,
Sizlər anlaya bilməz,
Anlayıb da haqq yola gəlməz,
Məhbəsi şairə yaraşdırmayın,
Allahın səbrini daşdırmayın.
Bu dünya şairə hicrandır,
Şarin həyatı onsuz da zindandır.

31.03.2016
Şirin Xanım Kərimbəyli Şadiman

Şərh üçün bağlıdır.