Posted inŞeirlər DÖRDLÜK Qulaq cingildəyir, ürək eşidir, Duymaq, hiss eləmək onun işidir. Ruhun qidasını hopdurur cana, Bəzən od qalayır, bəzən üşüdür... 28.10.2017
Posted inŞeirlər DÖRDLÜK Ürəyə düşəndən qopmaq olmayır, Ağrısı dərd verir sapmaq olmayır. Həsrət ürəyinə düşür daş kimi, Heç yerdə rahatlıq tapmaq olmayır... 27.10.2017
Posted inŞeirlər DÖRDLÜK Qovrulur bu dünya ağrı içində, Çırpınır xeyir-şər bağrı içində. Qana-qan deyənlər meydan sulayır, Haqqı tapdalanan sorğu içində!... 27.10.2017
Posted inŞeirlər DÖRDLÜK Dəyərin ölçülmür heç nəylə ürək, İçini ağriya tuş edir dilək. Sənə cəfa verən ömrün illərin, Qatıb qabağına aparır fələk. 27.10.2017